Nələri işıqlandırıram
Enerji, neft-qaz sənayesi, bərpa olunan enerji mənbələri, makroiqtisadiyyat, dayanıqlı inkişaf və beynəlxalq maliyyə institutlarının fəaliyyəti; prezidentlər, nazirlər və beynəlxalq təşkilat rəhbərləri ilə eksklüziv müsahibələr; beynəlxalq iqtisadi forumların, enerji konfranslarının və iqlim tədbirlərinin işıqlandırılması.
Ləman Zeynalova jurnalistika, redaksiya idarəçiliyi və beynəlxalq hadisələrin işıqlandırılması sahəsində 10 ildən artıq təcrübəyə malik media peşəkarıdır. Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktorunun müavini kimi redaksiya proseslərini koordinasiya edir və agentliyin xəbər gündəliyinin formalaşmasında iştirak edir.
Peşəkar ixtisaslaşması enerji sektoru, neft-qaz sənayesi, bərpa olunan enerji mənbələri, makroiqtisadiyyat, dayanıqlı inkişaf və beynəlxalq maliyyə institutlarının fəaliyyətini əhatə edir. Prezidentlər, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri və iri şirkətlərin top-menecerləri ilə çoxsaylı eksklüziv müsahibələrin, analitik məqalələrin və xəbər materiallarının müəllifidir.
Trend-də redaksiya işini idarə edir, milli və beynəlxalq tədbirlərin işıqlandırılmasını koordinasiya edir, xəbər və vizual materialların hazırlanmasına nəzarət edir, agentliyin rəqəmsal platformalarının inkişafında iştirak edir. Bundan əlavə, analitik yazılar, ingilis və rus dillərində tərcümə və redaktə ilə məşğuldur. Beynəlxalq iqtisadi forumların, enerji konfranslarının, iqlim tədbirlərinin və beynəlxalq maliyyə institutlarının görüşlərinin işıqlandırılmasında geniş təcrübəsi var.
Bakı Dövlət Universitetinin magistraturasını (Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti, 2014) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsini (Beynəlxalq münasibətlər, 2011) bitirib. ABŞ-da International Visitor Leadership Program (IVLP, 2019), Beynəlxalq Valyuta Fondunun İllik Görüşləri üzrə Təqaüd Proqramı (2024), Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının illik görüşlərinin (2024–2025) iştirakçısıdır.
Azərbaycan, ingilis və rus dillərini bilir.
Mövzular və ekspertiza
- Redaksiyanın idarə olunması
- Biznes jurnalistikası
- Energetika
- Neft və qaz
- Bərpa olunan enerji
- Makroiqtisadiyyat
- Beynəlxalq maliyyə institutları
- Dayanıqlı inkişaf
Təhsil
- Bakı Dövlət Universiteti
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası