Hövsan–Türkan yolunun bir hissəsi bağlanacaq

Cəmiyyət Xəbər 2 Noyabr 2026 17:16 (UTC +04:00)
Hövsan–Türkan yolunun bir hissəsi bağlanacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 3-də saat 07:00-dan 23:00-dək Hövsan–Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət yolda aparılan təmir işləri ilə əlaqədardır.

Sürücülərdən alternativ yol kimi Zığ şossesindən (“Beton yol”) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti