Bakı.Trend:
ABŞ-də Demokratlar Partiyası Konqresə aralıq seçkilərdə qalib gələrsə, ölkə dövlət kimi mövcudluğunu itirə bilər.
"Clash Report" bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
“Əgər biz (Respublikaçılar Partiyası – red.) Nümayəndələr Palatasına, Senata və prezident postuna nəzarəti itirsək, ölkəmizin sonu çatacaq”, – deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkilər 2026-cı il noyabrın 3-də keçiriləcək.
