Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişəcək

Cəmiyyət Xəbər 2 Noyabr 2026 19:07 (UTC +04:00)
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişəcək
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət Hövsan-Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsini əhatə edəcək. Bununla əlaqədar 210, 215 və 218 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları, 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası – Hövsan bağları, 215 nömrəli marşrut isə Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları istiqamətində fəaliyyət göstərəcək.

Məhdudiyyət təmir işlərinin aparıldığı əraziyə şamil olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti