İranın Ali Rəhbəri hökumətə ABŞ ilə danışıqlar üçün səlahiyyət verib

Dünya xəbərləri Xəbər 2 Noyabr 2026 19:27 (UTC +04:00)
İranın Ali Rəhbəri hökumətə ABŞ ilə danışıqlar üçün səlahiyyət verib

Bakı. Trend:

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ ilə danışıqlar aparılması məsələsində hökumətə müəyyən səlahiyyətlər verib.

ISNA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O bildirib ki, İran ölkənin üzləşdiyi çətinlikləri və böhranı xalqın dəstəyi ilə aradan qaldırmağa çalışır.

“Problemi dialoq yolu ilə həll etməyə çalışırıq. Bu məsələdə Ali Rəhbər hökumətə müəyyən səlahiyyətlər də verib”, – deyə Pezeşkian vurğulayıb.

Prezident İranın müharibə yolu ilə təslim edilə bilməyəcəyini bildirərək ölkəsinin qətiyyətlə dayanacağını qeyd edib.

O, həmçinin müharibənin heç kimə fayda vermədiyini və ölkənin mövcud çətinliklərdən çıxması üçün xalqın dözümlülüyünün artırılmasının vacibliyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti