Bakı. Trend:
İranın Hörmüz boğazında yerləşən Qeşm adasında azı beş partlayış səsi eşidilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus iki kəşfiyyat pilotsuz uçuş aparatının ələ keçirildiyini, daha bir PUA-nın isə vurulduğunu bildirib.
Qeyd olunur ki, partlayışların səbəbi hələlik məlum deyil. Əlavə məlumatların daha sonra açıqlanacağı bildirilib.
“SEPAH ABŞ-yə məxsus iki kəşfiyyat PUA-sının ələ keçirilməsi və daha bir dronun məhv edilməsi barədə məlumat verib”, – deyə məlumatda qeyd olunub.
