Siciliyada haker hücumu nəticəsində bir neçə supermarketin soyuducusu sıradan çıxıb

Dünya xəbərləri Xəbər 3 Noyabr 2026 04:35 (UTC +04:00)
Siciliyada haker hücumu nəticəsində bir neçə supermarketin soyuducusu sıradan çıxıb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Siciliya adasında bir neçə supermarket haker hücumu nəticəsində soyuducu sistemlərinin əriməsi ilə üzləşib.

Hadisə ilə bağlı ən azı üçü Kataniyada, biri isə Palermoda yerləşən Coop şəbəkəsinə məxsus supermarketlər məlumat verib.

Hadisə ilə əlaqədar hökumət sarayında kəşfiyyat xidmətlərinin və kibercinayətkarlıqla mübarizə agentliyinin nümayəndələrinin iştirakı ilə təcili iclasın keçirilməsi planlaşdırılır.

Parlamentin Milli Təhlükəsizlik Komitəsi (Copasir) daxili kəşfiyyat xidmətinin rəhbərindən hadisə ilə bağlı təcili hesabat tələb edib.

Qeyd edək ki, noyabrın 2-nə keçən gecə Belçika, Lüksemburq və digər Avropa İttifaqı ölkələrində yerləşən onlarla Delhaize, Carrefour və Spar supermarketində də soyuducu sistemləri qəfil sıradan çıxıb. Nəticədə soyuducularda temperatur onlarla dərəcə yüksəlib.

Xəbər lenti

Xəbər lenti