Bakı. Trend:
Təmir və yenidənqurma işləri ilə əlaqədar Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər rayonlarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, noyabrın 3-də Yasamal, Səbail, Binəqədi və Xəzər
Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti
ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri
ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim
Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy
Əhmədbəyov küçələri və Mətbuat prospektinin bir hissəsində elektrik
enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Səbail rayonunda TM-də təmir işləri icra olunarkən Badamdar
qəsəbəsi 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində saat
10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə
yaranacaq.
Binəqədidə 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq
“Aşağı Sulutəpə” və “Xocəsən” hava xətlərində təmir işləri həyata
keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 13:00-dək
Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək.
Həmçinin 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq
“Masazır-1” və “Masazır-2” hava xətləri üzrə naqillər yenilənəcək.
Yenidənqurma işləri zamanı 10 May küçəsində və Xırdalan-Binəqədi
yolunun aşağı hissəsində saat 10:00-dan 17:00-dək enerjinin
verilişi məhdudlaşdırılacaq.
Xəzər rayonunda 35/6 kV-luq 491 saylı yarımstansiyadan çıxan 6
kV-luq hava xətti üzrə naqillərin yenilənməsi işləri ilə əlaqədar
saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış
massivi, Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa
Nağıyev, Məmməd Namazov küçələrinin bir sıra yerlərində enerjinin
verilişi müvəqqəti dayandırılacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə
abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə
təmin olunacaqlar.
