“Sumqayıt” və “Şəfa” heç-heçə edib

İdman Xəbər 2 Noyabr 2026 21:15 (UTC +04:00)
“Sumqayıt” və “Şəfa” heç-heçə edib
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasının 10-cu turuna yekun vurulub.

Turun sonuncu oyununda “Sumqayıt” doğma meydanda “Şəfa”nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“SOCAR Polymer Arena”da keçirilən matçda hesabı 31-ci dəqiqədə qonaqların futbolçusu Musa Quel açıb. Meydan sahibləri 71-ci dəqiqədə Ronaldo Vaskesin qolu ilə hesabı bərabərləşdiriblər.

Görüşün qalan hissəsində tərəflər fərqlənə bilməyiblər və komandalar hərəyə bir xalla kifayətləniblər.

Bu nəticədən sonra “Sumqayıt” 9 xalla turnir cədvəlinin 9-cu, “Şəfa” isə 4 xalla 11-ci pilləsində qərarlaşıb.

Turnir cədvəlinə 21 xalla “Neftçi” başçılıq edir. Bir oyun az keçirən “Sabah” 20 xalla ikinci, “Qarabağ” isə 19 xalla üçüncü yerdədir.

Xəbər lenti

Xəbər lenti