Bakı. Trend:
2026-cı ilin III rübündə dövriyyədə olan yerləşdirilmiş qiymətli kağızların həcmi 47,772 milyard manat təşkil edib.
Bu barədə Milli Depozit Mərkəzinin (MDM) II və III rüblər üzrə statistik bülletenində məlumat verilib.
Məlumata görə, II rübün sonunda dövriyyədə olan yerləşdirilmiş qiymətli kağızların həcmi 45,808 milyard manat olub. Beləliklə, III rübdə göstərici əvvəlki rüblə müqayisədə təxminən 4,3 faiz artıb.
III rübün sonunda dövriyyədə olan qiymətli kağızların strukturunda səhmlər 23,750 milyard manat, dövlət istiqrazları 7,735 milyard manat, korporativ istiqrazlar isə 14,547 milyard manat təşkil edib.
ABŞ dolları ilə ifadə olunan korporativ istiqrazların həcmi III rübün sonunda 5,879 milyard manat ekvivalentində olub.
Eyni zamanda, III rübün sonunda dövriyyədə olan qiymətli kağızların sayı AZN ifadəsində 2 372, ABŞ dollarında isə 55 olub.
