Rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edilib

Hadisə Xəbər 3 Noyabr 2026 11:05 (UTC +04:00)
Rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi Rüfət Alıyev sahibkardan rüşvət almaqda ittiham olunaraq həbs edilib.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, Dövlət Vergi Xidmətindən daxil olmuş məlumatlar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması zamanı daha az məbləğdə maliyyə sanksiyası tətbiq edilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə və ya hərəkətsizliyə görə rüşvət alma) maddəsi ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə qanunsuz əməllərin tam dairəsinin müəyyənləşdirilməsi və bu əməllərdə iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti