Bakı. Trend:
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə şəhər ərazisində yerləşən kafelərdən birinin qarşısında qeydə alınıb.
18 yaşlı Fuad Cəfərli hesab üstündə yaranmış mübahisə zamanı kafenin sahibi, 40 yaşlı Səhubi Xudadatova kəsici alətlə xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
