Bakı. Trend:
Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin oktyabr ayında 472 kiloqram 225 qram narkotik vasitə və 16 615 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin aylıq icmalında məlumat verilib.
Bildirilib ki, ay ərzində narkotik vasitələri və onların prekursorlarını ölkə ərazisinə keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
