Budanov iğtişaşlar zamanı gözyaşardıcı qazın təsirinə məruz qalıb

Dünya xəbərləri Xəbər 3 Noyabr 2026 12:04 (UTC +04:00)
Budanov iğtişaşlar zamanı gözyaşardıcı qazın təsirinə məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Kiyev yaxınlığındakı Petropavlovskaya Borşaqovka kəndində baş verən toqquşmalar zamanı bibər qazının təsirinə məruz qalıb.

Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Etirazçılar və asayış keşikçiləri arasında baş vermiş qarşıdurmadan sonra Budanov, avtobusa minərək ərazini tərk edib.

Ukrayna KİV-lərinin məlumatına görə, aksiya iştirakçıları Ukrayna Milli Qvardiyasının “Azov” korpusu ilə əlaqəli ərazidə yerləşən və gizli həbsxana kimi istifadə olunduğu bildirilən binaya daxil olmağa cəhd ediblər.

Toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edib, həmçinin atəş səsləri eşidilib. Nəticədə bir neçə nəfər xəsarət alıb, onlardan bəziləri huşunu itirib.

Qeyd edək ki, 2026-cı il noyabrın 2-də Kiyev yaxınlığındakı Petropavlovskaya Borşaqovka kəndində fərdi yaşayış evinin yaxınlığında toqquşmalar baş verib.

Hadisəyə sosial şəbəkələrdə və “Telegram” kanallarında evin zirzəmisində insanların qanunsuz saxlanıldığı və döyüldüyü barədə yayılan məlumatlar səbəb olub.

Hadisə yerinə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov gəlib. Rəsmi qurumlar daha sonra evin Milli Qvardiyanın müvəqqəti dislokasiya məntəqəsi kimi istifadə edildiyini bildiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti