Oktyabrda dövlət sərhədini pozduqlarına görə 46 nəfər saxlanılıb

Hadisə Xəbər 3 Noyabr 2026 12:11 (UTC +04:00)
Oktyabrda dövlət sərhədini pozduqlarına görə 46 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin oktyabr ayında dövlət sərhədini pozduqlarına görə 46 nəfər saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin aylıq icmalında məlumat verilib.

Bildirilib ki, saxlanılanların 26-sı Əfqanıstan, 6-sı Azərbaycan, 5-i Pakistan, 2-si Türkiyə, 2-si Mərakeş, 2-si Əlcəzair, 2-si Fələstin, 1-i isə İran vətəndaşı olub.

Bundan başqa, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, eləcə də özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti