İranda silahlı insidentdə ordunun hərbi zabiti öldürülüb

Dünya xəbərləri Xəbər 3 Noyabr 2026 14:30 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində naməlum silahlı qruplaşmanın hücumu nəticəsində İran Ordusu Quru Qoşunlarının 377-ci mobil hücum briqadasının baş leytenantı öldürülüb.

İranın Sistan və Bəluçestan vilayəti polisinin yayımladığı məlumata görə, silahlı insidentdə ordunun daha bir hərbçisi yaralanıb.

Bildirilir ki, silahlı insidentdə yaraqlılardan biri öldürülüb və biri yaralandıqdan sonra qaçıb.

Silahlı qruplaşma üzvlərinin saxlanılması üçün polisin əməliyyatı davam etdirdiyi bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti