Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - xəbərdarlıq

Cəmiyyət Xəbər 3 Noyabr 2026 15:18 (UTC +04:00)
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - xəbərdarlıq
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı.Trend:

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edir.

Belə ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.

MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti