Metrodan ödənişsiz istifadə edən sərnişinlərin sayı açıqlandı

Cəmiyyət Press-reliz 3 Noyabr 2026 18:40 (UTC +04:00)
Metrodan ödənişsiz istifadə edən sərnişinlərin sayı açıqlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Oktyabr ayında Bakı metrosundan istifadə edən sərnişinlər 16 milyondan çox səfər həyata keçiriblər.

Bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilib ki, girişi ödənişsiz olan “Xocəsən” və “Avtovağzal” stansiyalarından ümumilikdə 556 424 sərnişin istifadə edib. Bu, sentyabr ayı ilə müqayisədə 64 faiz çoxdur.

Oktyabr ayında ən çox sərnişin “Koroğlu” stansiyasında qeydə alınıb. Həmin ay ərzində bu stansiyadan 1 683 032 sərnişin istifadə edib.

Oktyabrın 20-si isə 641 442 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.

Hesabat ayında NFC və QR bilet vasitəsilə ümumilikdə 8 879 685 ödəniş həyata keçirilib. Bu göstərici sentyabr ayı ilə müqayisədə 15,9 faiz artıb.

Gediş haqqının NFC vasitəsilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3 faizini təşkil edib.

Bundan başqa, ay ərzində “Əlçatan metro” xidmətindən 113 sərnişin yararlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti