Baş nazir öz ölkəsində "arzuolunmaz şəxs" elan olundu

Dünya xəbərləri Xəbər 3 Noyabr 2026 16:47 (UTC +04:00)
Baş nazir öz ölkəsində "arzuolunmaz şəxs" elan olundu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyanın Mursiya muxtar icmasının parlamenti ölkənin Baş naziri Pedro Sançesi arzuolunmaz şəxs (persona non grata) elan etmək barədə təklifi təsdiqləyib.

Bu barədə “ABC” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qanunverici məclis bu addımla Sançesin fəaliyyətinin “zərərli nəticələrinə qarşı institusional və ictimai narazılığı” nümayiş etdirmək istəyir. Bu qərarın hüquqi baxımdan məcburi qüvvəsi yoxdur.

“Cadena SER” radiostansiyasının məlumatına görə, təşəbbüs mühafizəkar Xalq Partiyası və ifrat sağçı “Vox” siyasi qüvvəsi tərəfindən dəstəklənib.

Mursiya parlamenti İspaniya hökumətinin başçısı barəsində belə qərar qəbul edən ilk regional qanunverici orqan olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti