SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib (FOTO)

Energetika Press-reliz 3 Noyabr 2026 16:38 (UTC +04:00)
SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

SOCAR və "KazMunayGas" Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınmasını genişləndirməyi müzakirə edib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, noyabrın 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin enerji sektorunda da uğurla inkişaf etdiyi vurğulanıb.

Tərəflər SOCAR ilə “KazMunayGas” arasında 2024-cü ildə imzalanmış Strateji Əməkdaşlıq Memorandumu üzrə görülən işləri, o cümlədən Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması istiqamətində əməkdaşlığın genişləndirilməsi və enerji sektorunun müxtəlif sahələrində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Xatırladaq ki, bu il iyunun 1-də də “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında enerji sektoru üzrə əlaqələrin uğurlu inkişaf etdiyi qeyd olunub, SOCAR ilə “KazMunayGas” şirkəti arasında formalaşmış əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Söhbət zamanı Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsinin uğurla davam etdirildiyi bildirilib və bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. Tərəflər üçüncü ölkələrdə birgə investisiya imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti