Mərakeş mediası Mərakeş–Azərbaycan Dostluq Assosiasiyasının Azərbaycana səfərini işıqlandırıb (FOTO)

Cəmiyyət Press-reliz 3 Noyabr 2026 18:25 (UTC +04:00)
Mərakeş mediası Mərakeş–Azərbaycan Dostluq Assosiasiyasının Azərbaycana səfərini işıqlandırıb (FOTO)

Bakı. Trend:

Mərakeş–Azərbaycan Dostluq Assosiasiyasının nümayəndə heyətinin 23–27 oktyabr 2026-cı il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana təşkil olunan səfəri Mərakeşin aparıcı media resurslarında geniş işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərlə bağlı məlumatlar Mərakeşin “Afriq TV” və “Lina Press”, eləcə də “Euro Maghreb” və “Al Youm TV” nəşrlərində dərc olunub.

Məqalələrdə nümayəndə heyətinin Bakı, Şuşa və Xankəndi şəhərlərinə səfərləri, Azərbaycan rəsmiləri ilə keçirilən görüşlər, ölkəmizin zəngin tarixi-mədəni irsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Həmçinin Şuşa ilə Mərakeşin tarixi Fəs şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması təşəbbüsünə diqqət çəkilib. Bildirilib ki, bu təşəbbüs iki ölkə xalqları arasında mədəni əlaqələrin və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Mərakeş–Azərbaycan Dostluq Assosiasiyasının sədri Məhəmməd Fəqirinin səfərin yüksək səviyyədə təşkilinə və göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü ifadə etdiyi də yayımlanan materiallarda yer alıb.

Məqalələri aşağıdakı keçidlərdən oxumaq mümkündür:

https://afriqtv.com/2026/10/29/%d9%88%d9

https://www.linapress.ma/وفد-جمعية-الصداقة-المغربية-الأذربيجا/

وفد جمعية الصداقة المغربية الأذربيجانية يزور أذربيجان - أورو مغرب - EuroMagreb

*وفد جمعية الصداقة المغربية الأذربيجانية يزور أذربيجان – اليوم TV

Məqalədə:

Xəbər lenti

Xəbər lenti