“Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

İdman Xəbər 3 Noyabr 2026 21:39 (UTC +04:00)
“Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Bakı. Trend:

Kişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib.

Azərbaycan təmsilçisi Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb – 25:23, 19:25, 23:25, 25:23, 15:10.

Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 11-də Portuqaliyada keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti