"Brent" markalı neftin qiyməti 103,13 dollara düşüb

İqtisadiyyat Xəbər 3 Noyabr 2026 21:59 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti 103,13 dollara düşüb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın yeni açıqlamaları fonunda çərşənbə axşamı axşam saatlarında dünya bazarlarında neft qiymətləri ucuzlaşmağa başlayıb.

ICE Futures London birjasında "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,64 dollar (1,57%) azalaraq bir barel üçün 103,13 dollar təşkil edib.

Bu vaxta qədər "NYMEX" birjasında "WTI" markalı neftin dekabr fyuçersləri isə 0,72 dollar (0,75%) ucuzlaşaraq bir barel üçün 95,74 dollara enib.

Qeyd edək ki, D. Tramp "Fox News" telekanalına açıqlamasında İranla yenidən hərbi əməliyyatlara başlamaq istəmədiyini bildirib.

“Görək bundan sonra nə baş verəcək. Bilirsiniz, mən çoxlu sayda insanın öldürülməsini istəmirəm. Əgər buna məcbur olsaq, tədbirlər görəcəyik. Amma mən belə addım atmağa can atmıram”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti