Tiqray üsyançıları Efiopiyada 500 hərbçinin öldürüldüyünü açıqlayıb

Dünya xəbərləri Xəbər 3 Noyabr 2026 22:48 (UTC +04:00)

Bakı. Trend:

“Tiqrayın Azadlığı Uğrunda Xalq Cəbhəsi” (TAXC) hərəkatının üsyançıları ölkənin şimalında baş verən toqquşmalar zamanı Efiopiya ordusunun 500 hərbçisini və hökumətyönlü silahlı birləşmələrin döyüşçülərini öldürdüklərini iddia edirlər.

Bu barədə "Africanews" telekanalı məlumat yayıb.

Telekanalın üsyançılara istinadən verdiyi məlumata görə, daha 800-ə yaxın hərbçi və silahlı dəstə üzvü yaralanıb. Üsyançıların iddiasına görə, ölənlər arasında iki alay komandiri də var. Toqquşmalar oktyabrın 31-də Tiqray bölgəsinin Aksum şəhəri yaxınlığında baş verib. Həmin ərazidə üsyançı qüvvələr hökumət qoşunlarına və onların müttəfiqlərinə qarşı əks-hücuma keçiblər.

TAXC həmçinin əraziləri, silah-sursatı, ərzaq və tibbi ləvazimatları ələ keçirdiyini bəyan edib. Üsyançıların iddiasına görə, döyüşlər zamanı hökumət qüvvələri artilleriyadan və pilotsuz uçuş aparatlarından istifadə edib. Toqquşmaların baş verdiyi ərazidə telefon rabitəsi və internetin fəaliyyəti pozulub.

Xəbər lenti

Xəbər lenti