Ucarda xurma yığan kişini elektrik cərəyanı vuraraq öldürüb

Hadisə Xəbər 4 Noyabr 2026 09:35 (UTC +04:00)
Ucarda xurma yığan kişini elektrik cərəyanı vuraraq öldürüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Ucar rayonunda xurma yığan kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə noyabrın 3-də saat 14 radələrində rayonun Qulabənd kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Muxtar oğlu Xankişiyev qonşusuna kömək etmək üçün onun evinin həyətyanı sahəsindəki bağda xurma yığarkən əlindəki dəmir nərdivan elektrik naqilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub və aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti