Bakı. Trend:
Oman sahillərində tankerdə insident baş verib. Gəmiyə iki naməlum mərmi düşüb.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hadisə Oman sahillərindən 14 dəniz mili şimal-şərqdə, Lima yaxınlığında qeydə alınıb. Mərmilərdən ikisi tankerin mühərrik otağına dəyib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar və ətraf mühitə ziyan barədə məlumat yoxdur.