“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İdman Xəbər 4 Noyabr 2026 03:11 (UTC +04:00)
“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

Bakı. Trend:

Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının dördüncü turunda səfərdə İspaniyanın “Atletiko Madrid” komandasını 2:0 hesabı ilə məğlub edib.

Madriddə keçirilən görüşdə qolları Lennart Karl (54-cü dəqiqə) və Konrad Laymer (74-cü dəqiqə) vurublar.

Bu qələbədən sonra “Bavariya” turnirdə 8 xalla çıxışını davam etdirir. “Atletiko Madrid” isə 4 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.

Növbəti turda “Atletiko Madrid” səfərdə Norveçin “Vikinq” komandası ilə, “Bavariya” isə Fransanın “Lill” klubu ilə qarşılaşacaq. Görüşlər noyabrın 25-də keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti