Xocasəndə avtomobil körpəsini uşaq arabasında aparan qadını vurub (VİDEO)

Hadisə Xəbər 4 Noyabr 2026 11:59 (UTC +04:00)
Xocasəndə avtomobil körpəsini uşaq arabasında aparan qadını vurub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Xocasən–Lökbatan yolunda avtomobil körpəsini uşaq arabasında aparan qadını vurub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 3-də saat 09:38 radələrində yolun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verib.

Cavid Ağayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyada A.Abdullayevanı vurub. Qəza nəticəsində qadın xəsarət alıb, körpənin vəziyyəti normaldır.

Hadisədən sonra sürücü saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

İlkin araşdırma zamanı C.Ağayev sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti