Bakı. Trend:
2026-cı il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 23,9 milyard manat və ya illik ümumi daxili məhsulun (ÜDM) 17,3 faizini təşkil edib.
Onun sözlərinə görə, dövlət istiqrazlarının orta ödəmə müddəti hazırda 3,64 ildir. Borc portfelində 7 və 10 illik istiqrazların payı isə 44 faiz təşkil edir.
Maliyyə naziri əlavə edib ki, 2026-cı il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard ABŞ dollarına çatıb. Bu məbləğ xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.
Bildirilib ki, Dövlət Neft Fondunun gəlirləri xərclərini üstələyib. Belə ki, Fondun gəlirləri 7,8 milyard dollar, xərcləri isə 7,1 milyard dollar təşkil edib.
Sahil Babayevin sözlərinə görə, 2027-ci ildə Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin təxminən 7 milyard dollar olması nəzərdə tutulur. Bu, əvvəlki göstərici ilə müqayisədə 550 milyon dollar və ya 935 milyon manat azdır.
Nazir bildirib ki, 2030-cu ilə qədər transfertin əlavə olaraq 1,5 milyard dollar azaldılaraq 5,5 milyard dollara çatdırılması planlaşdırılır.
