Bankların “yaşıl maliyyələşmə” üzrə ayırdığı kreditlərin həcmi açıqlanıb

Yaşıl iqtisadiyyat Xəbər 4 Noyabr 2026 13:31 (UTC +04:00)
Bankların “yaşıl maliyyələşmə” üzrə ayırdığı kreditlərin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bank sektorunun "yaşıl maliyyə"ləşməyə ayırdığı kreditin həcmi 450 milyon manatı ötüb.

Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Zəfər Günü ilə bağlı keçirilən ağacəkmə aksiyasında Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2025-ci ili və 2026-cı ilin ilk 6 ayını əhatə edən 18 ay ərzində "yaşıl maliyyə"ləşmə çərçivəsində 1 178 kreditləşmə üzrə ümumilikdə 450 milyon manat kredit ayrılıb.

"Azərbaycanın "yaşıl maliyyə"ləşmə üzrə qarşısına qoyduğu hədəf 2 milyard manat olaraq dəyişilməz qalır", - deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycanın bank sektoru 2030-cu ilə qədər 2 milyard manatlıq könüllü öhdəlik götürüb və bu, COP29 tədbirində elan edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti