Qarabağda biznesə 500 milyon manat dəstək veriləcək

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 16:45 (UTC +04:00)
Qarabağda biznesə 500 milyon manat dəstək veriləcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Qarabağ Dirçəliş Fondu qarşıdakı 3-4 il ərzində Qarabağda biznesin dəstəklənməsinə təxminən 500 milyon manat investisiya yatırmağı planlaşdırır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində bildirib.

Onun sözlərinə görə, fond Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə biznesə dəstək üzrə yeni proqram hazırlayır.

R.Hacıyev həmçinin qeyd edib ki, daşınmaz əmlak bazarının inkişafı Qarabağın dirçəldilməsinin və "Böyük Qayıdış" proqramının həyata keçirilməsinin əsas amillərindən biridir.

Onun sözlərinə görə, Qarabağ regionuna daşınmaz əmlak sahəsində biznes üçün geniş imkanlar təqdim edən yeni bazar kimi də baxılmalıdır.

"Regionda yeni daşınmaz əmlak obyektlərinin yaradılması yeni standartların tətbiqi, müasir layihələrin həyata keçirilməsi və qabaqcıl təcrübədən istifadə üçün imkanlar açır", - deyə R.Hacıyev bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti