Bakı. Trend:
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı möhtəşəm Qələbənin altıncı ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Yalama kəndi ərazisində təşkil edilən ekoloji tədbirdə Xaçmaz Rayon
İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası
Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, rayonun
hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri,
qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətənpərvərlik və ekoloji mədəniyyət nümunəsi olan aksiya
çərçivəsində Yalama kəndi ərazisində 500-ə yaxın qoz və zeytun
tingi əkilib. Tədbir iştirakçıları həm rayonun ekoloji vəziyyətinin
yaxşılaşdırılmasına töhfə verib, həm də Zəfərin 6-cı ildönümünü
xatirə ağaclarının əkilməsi ilə rəmzləşdiriblər.