Bakı. Trend:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin qeyri-büdcə təşkilatlarına göstərdiyi korrespondensiyaların çatdırılması xidmətinin tarifləri təsdiqlənib.
Bu barədə Xidmətin Kollegiyası qərar qəbul edib.
Qərara əsasən, şəhər və ya rayon daxilində çəkisi 50 qrama qədər olan zərfin göndərilməsi 2,5 manat, 50–200 qramlıq zərfin göndərilməsi 3 manat, 200–500 qramlıq zərfin göndərilməsi 3,5 manat təşkil edir. Çəkisi 500 qramdan 1 kiloqrama qədər olan zərflər üçün tarif 4 manat, 1–2 kiloqramlıq zərflər üçün isə 4,5 manatdır.
Respublika daxilində və ya hava yolu ilə zərflərin göndərilməsi üçün tariflər həmin çəki kateqoriyalarına uyğun olaraq 6, 6,5, 7, 7,5 və 8 manat müəyyənləşdirilib. Çəkisi 2 kiloqramdan artıq olan hər zərfə əlavə hər tam və ya natamam kiloqram üçün 1 manat hesablanır.
Bağlamaların şəhər və ya rayon daxilində göndərilməsi çəkisi 2 kiloqrama qədər olduqda 5 manat, 2–5 kiloqram olduqda 5,5 manat, 5 kiloqramdan çox olduqda isə 6 manatdır.
Respublika daxilində və ya hava yolu ilə bağlamaların göndərilməsi üçün müvafiq tariflər 8,5, 9 və 9,5 manat təşkil edir. Çəkisi 5 kiloqramdan artıq olan hər bağlamaya əlavə hər tam və ya natamam kiloqram üçün 1 manat hesablanır.
Tariflər ƏDV-siz göstərilib.
