Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp namizədliyini irəli sürəcəyi təqdirdə, respublikaçıların ölkədə keçirilən aralıq seçkilərdə qalib gələcəyinə əminliyini ifadə edib.
Bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən namizədlər arasında deyildim, əgər olsaydım, böyük fərqlə qalib gələrdik”, - deyə D. Tramp bildirib..
Qeyd edək ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar 100 senatordan 35-ni və Nümayəndələr Palatasının 435 üzvünün hamısını seçirlər.