Fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsir etməyəcəyi gözlənilir - Taleh Kazımov

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 13:02 (UTC +04:00)
Fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsir etməyəcəyi gözlənilir - Taleh Kazımov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2027-ci il və ortamüddətli dövr üçün təqdim edilən makro-fiskal çərçivəni müsbət qiymətləndiririk.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O bildirib ki, dövlət xərclərinin konservativ artımı və optimallaşdırılması, neft transfertlərinin mərhələli azaldılması, büdcə gəlirlərində qeyri-neft mənbələrinin payının artırılması, habelə büdcə kəsiri və dövlət borcunun idarəolunan səviyyədə saxlanılması fiskal dayanıqlığın gücləndirilməsinə xidmət edir:

"Büdcə xərclərinin effektivliyinin artırılmasının fiskal multiplikatorun yaxşılaşmasına xidmət edəcəyinə inanırıq.

Neftin dünya bazarında qiymətinin müvəqqəti yüksəlməsinə baxmayaraq, 2027-ci il üçün neft qiymətinin konservativ götürülməsini müsbət qiymətləndiririk. Hasilatın azalması və enerji bazarlarında uzunmüddətli qeyri-müəyyənliklər şəraitində neft gəlirlərindən asılılığın azaldılması mühüm əhəmiyyət daşıyır.

2027-ci ildə də büdcə kəsirinin əsasən - daxili və xarici borclanma hesabına maliyyələşəcəyi gözlənilir. Bunu nəzərə alaraq fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsir etməyəcəyi gözlənilir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti