Əmlak vergisi üzrə büdcəyə əlavə gəlir potensialı var – Hesablama Palatası

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 12:48 (UTC +04:00)
Əmlak vergisi üzrə büdcəyə əlavə gəlir potensialı var – Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda iri kommersiya obyektlərinin bir hissəsi daşınmaz əmlak kimi vergi uçotunda əsas vəsaitlərə daxil edilmədiyindən əmlak vergisinə cəlb olunmur. Bu sahədə büdcə gəlirlərinin artırılması üçün əlavə potensial mövcuddur.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Hesablama Palatasının apardığı audit zamanı hüquqi şəxslərin mülkiyyətində iri sahələrə malik daşınmaz əmlakların, o cümlədən kommersiya obyektlərinin olmasına baxmayaraq, həmin əmlakların vergi uçotunda əsas vəsaitlər kimi əks etdirilmədiyi və əmlak vergisinə cəlb olunmadığı müəyyən edilib.

“Əmlak vergisinə cəlb edilməmənin səbəbləri, bir qayda olaraq, daşınmaz əmlakların istismara buraxılış sənədləşməsində olan yubanmalarla əlaqədardır”, – deyə o bildirib.

V.Gülməmmədov qeyd edib ki, 2027-ci ildə əmlak vergisi üzrə daxilolmaların ÜDM-ə nisbətinin 0,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti