Kiyev işıqsız qalıb

Dünya xəbərləri Xəbər 4 Noyabr 2026 16:22 (UTC +04:00)
Kiyev işıqsız qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynada elektrik təchizatı ilə bağlı ən mürəkkəb vəziyyət Kiyev şəhərində və Kiyev vilayətində yaranıb. Ölkənin bir sıra digər regionlarında da elektrik enerjisinin verilişində fasilələr müşahidə olunur.

"İnterfaks-Ukrayna"nın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyevdə sakinlər və müəssisələr saatlarla elektrik enerjisi və susuz qalırlar. Jitomir, Çerniqov, Sumı, Poltava, Xarkov, Çerkassı, Vinnitsa və Donetsk vilayətlərində, eləcə də Ukraynanın cənub regionlarında da vəziyyət mürəkkəb olaraq qalır.

Zelenski bildirib ki, Kiyev beynəlxalq tərəfdaşlarla enerji dəstəyinin yeni paketləri və zəruri avadanlıq ehtiyatlarının artırılması barədə razılığa gəlib.

Ukraynanın Energetika Nazirliyi də ən ciddi problemlərin paytaxt regionunda müşahidə olunduğunu təsdiqləyib. Kiyev şəhərində və Kiyev vilayətində elektrik şəbəkələrinə tətbiq edilən məhdudiyyətlər qüvvədədir, enerji avadanlıqlarına ciddi ziyan dəydiyi qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti