Rəşad Nəbiyev Estoniya ilə hökumətlərarası komissiyanın iclasında iştirak edib

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 17:38 (UTC +04:00)
Rəşad Nəbiyev Estoniya ilə hökumətlərarası komissiyanın iclasında iştirak edib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya – Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclasında iştirak edib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta və xarici işlər naziri Marqus Tsaxnanın da iştirak etdiyi görüşdə ölkələrimiz arasında nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional nəqliyyat bağlantılarının inkişafı, eləcə də enerji, ticarət və təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İclasın yekununda müzakirə olunan məsələləri əks etdirən protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti