"Vikinq" - "Sabah" oyununda ilk hissə başa çatıb - Çempionlar Liqası (YENİLƏNİB-3)

İdman Xəbər 5 Noyabr 2026 00:53 (UTC +04:00)
"Vikinq" - "Sabah" oyununda ilk hissə başa çatıb - Çempionlar Liqası (YENİLƏNİB-3)

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV tur oyununda ilk hissə başa çatıb.

Komandalar Stavanger şəhərində təşkil olunan qarşılaşmanın fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıb.

Matçı niderlandlı Sander van der Eyk idarə edir.

XXX

00:38

“Vikinq”in hücumçusu Erik Botheym 27-ci dəqiqədə Kristoffer Haugenin ötürməsindən sonra fərqlənərək “Sabah”la oyunda hesabı bərabərləşdirib - 1:1.

XXX

00:24

“Sabah”ın hücumçusu Orfe Mbina “Vikinq”lə səfər oyununun 11-ci dəqiqəsində hesabı açıb - 1:0.

XXX

00:05

UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV turun oyunu başlayıb.

Qarşılaşma Stavanger şəhərində keçirilir.

Matçı niderlandlı Sander van der Eyk idarə edir.

Xəbər lenti

Xəbər lenti