Çempionlar Liqasında ən böyük qalibiyyət qeydə alınıb

İdman Xəbər 5 Noyabr 2026 09:37 (UTC +04:00)
Çempionlar Liqasında ən böyük qalibiyyət qeydə alınıb
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə Futbol üzrə Avropa Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun növbəti 9 oyunu keçirilib.

Erkən başlayan oyunlarda Türkiyə təmsilçisi Fenerbahçe İngiltərə nəhəngi Liverpulu qəbul edib. Gərgin keçən matç İstanbul təmsilçisinin 3:2 qələbəsi ilə yekunlaşıb.

Növbəti erkən oyunda isə Yunanıstan təmsilçisi AEK İspaniyanın kral klubu Real Madridə 2:3 hesabı ilə uduzub.

Təmsilçimiz Sabah Vikinglə qarşılaşmadan 1:4 hesabı ilə Norveçdən əliboş qayıdıb.

Gecənin ən maraqlı qarşılaşması isə Fransada baş tutub. İtaliyanın Komo klubu Lensi darmadağın edib: 1:9. Fabreqasın yetirmələri Çempionlar Liqası tarixində ən böyük qələbəyə sevinib.

Ötən gün keçirilən digər qarşılaşmalarda PSV öz yerində Bruggeyə 1:2, Slvaya Praqa Arsenala 1:2, Leipziq Mançester Sitiyə 2:3 hesabı ilə uduzub. Porto Napolini 4:1 hesabı, Dortmund isə Real Betisi 2:1 hesabı ilə məğlub edib.

Beləliklə Çempionlar Liqasının qrup mərhələsinə 4 turdan sonra son çempion PSJ və İspaniyanın Real Madridi 12 xalla başçılıq edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti