Məleykə Abbaszadə: Ali məktəblərə qəbul asan və hər kəs üçün əlçatandır

Gündəm Xəbər 5 Noyabr 2026 11:58 (UTC +04:00)
Məleykə Abbaszadə: Ali məktəblərə qəbul asan və hər kəs üçün əlçatandır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə media resurslarında səsləndirilən və universitetlərə qəbul imtahanlarının asanlaşdırılacağı ilə bağlı fikirlərə münasibət bildirib.

DİM sədri Məleykə Abbaszadə Trend-ə açıqlamasında bildirib ki, mövcud qəbul mexanizmləri onsuz da hər kəs üçün bərabər imkanlar yaradır və hamı üçün əlçatandır.

“Asanlaşdırmaq dedikdə nəyi nəzərdə tuturlar? Bunu dəqiqləşdirmək lazımdır. Ali məktəblərə qəbul asan və hər kəs üçün əlçatandır”,- deyə sədr əlavə edib.

Qeyd edək ki, cari ildə ali təhsil müəssisələrinə plan yerlərinin təxminən 98%-i dolub.

Yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti