Bakı.Trend:
1980-ci ildə “Formula 1” üzrə dünya çempionu olmuş avstraliyalı pilot Alan Cons 80 yaşında vəfat edib.
Bu barədə Avstraliya Avtoidman Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Onun ölümünə səbəb qısamüddətli xəstəlik olub. Konkret hansı xəstəlikdən söz getdiyi qeyd olunmur.
Alan Cons “Formula-1”də 10 mövsüm çıxış edib. O, “Williams” komandasının heyətində dünya çempionu titulunu qazanıb. Pilot 12 Qran-pri yarışının qalibi olub və 24 dəfə mükafatçılar sırasına yüksəlib.
