Bakı.Trend:
Moldova hökuməti qondarma Dnestryanı Moldova Respublikasının prezidenti Vadim Krasnoselskiyə Moskvaya səfəri ilə əlaqədar sanksiyalar tətbiq edəcək. Səfər zamanı ona “Şərəf” ordeni təqdim olunub.
Bu barədə Moldova hökuməti yanında Reinteqrasiya Bürosu "Telegram" kanalında məlumat yayıb.
Bürodan bildirilib ki, Krasnoselski Rusiyadan qayıtdıqdan sonra ona qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək. Bu tədbirlərə onun beş il müddətinə Moldova ərazisini tərk etməsinə qadağa qoyulması da daxildir.
Qurumun məlumatına görə, Krasnoselskinin Rusiyaya səfəri ATƏT-in vasitəçiliyi ilə Dnestryanı bölgəyə qış mövsümündə təbii qaz tədarükü ilə bağlı aparılan danışıqlar fonunda baş tutub.
