Bakı.Trend:
Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqdan başqa seçimi yoxdur.
Ermənistan KİV-i xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.
“Hazırda Aİİ-dən çıxmaqdan başqa seçimimiz yoxdur. Lakin proses artıq 2027-2028-ci illərdə Aİ-yə üzvlük prosedurunun başlanması üçün rəsmi müraciət edəcəyimiz mərhələyə yaxınlaşır”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyan, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı heç bir marağının qalmadığını bəyan edib.
“Bir daha və qəti şəkildə bəyan etmək istəyirəm: KTMT ilə bağlı maraqlarımız tükənib. Artıq KTMT ilə əlaqəli heç bir marağımız yoxdur”, – deyə Paşinyan noyabrın 5-də brifinqdə KTMT-nin baş katibinin bəyanatını şərh etmək xahişinə cavab olaraq bildirib.
