Bakı.Trend:
Yəməndə fəaliyyət göstərən husilər hərbi əməliyyatlara son qoymaq müqabilində Səudiyyə Ərəbistanından 51 milyard dollar tələb ediblər.
Bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən yazır.
Husi rəsmilər bildirirlər ki, tələb olunan məbləğ Səudiyyə Ərəbistanının Yəməndəki vətəndaş müharibəsində 11 il ərzində iştirakı zamanı endirdiyi hava zərbələrinin, eləcə də Ər-Riyadın tətbiq etdiyi blokadanın vurduğu zərəri əks etdirir.
Nəşr yazır ki, husilər həmçinin Səudiyyə Ərəbistanından onları Yəmənin qanuni hakimiyyəti kimi tanımağı tələb edirlər. Ölkə hakimiyyəti bu tələblə razılaşarsa, Səudiyyə Ərəbistanının cənub sərhədində İranla müttəfiq olan dövlət yaranacaq.
