Ölkə ərazisində küləkli və yağışlı hava müşahidə olunur

Cəmiyyət Xəbər 5 Noyabr 2026 17:15 (UTC +04:00)
Ölkə ərazisində küləkli və yağışlı hava müşahidə olunur
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 5-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Mingəçevirdə 18 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Şəmkir, Quba, Qusar, Xaçmaz, Quba, Şabran və Qobustanda isə arabir yağış yağır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti