Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir (FOTO)

Siyasət Press-reliz 5 Noyabr 2026 19:46 (UTC +04:00)
Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 5-də Qazaxıstan Respublikasına işgüzar səfər edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayının sədr müavini Dinara Zakiyeva, xarici işlər nazirinin müavini Arman İsaqaliyev, Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti