Donald Trampın memkoini tarixi minimumunu yeniləyib

Dünya xəbərləri Xəbər 5 Noyabr 2026 23:33 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın $TRUMP memkoininin qiyməti ilk dəfə 1,19 dollara düşərək tarixi minimumunu yeniləyib.

Bu barədə "CoinMarketCap" platforması məlumat yayıb.

Bakı vaxtı ilə saat 18:54-ə olan məlumata görə, memkoin 16,46% ucuzlaşaraq 1,19 dollara enib.

Kriptovalyutanın əvvəlki tarixi minimumu 2025-ci il yanvarın 18-də qeydə alınmışdı. Həmin vaxt birjaya 1,2 dollar qiyməti ilə çıxarılan memkoin indiyədək bu həddən aşağı düşməmişdi.

Qeyd edək ki, memkoinlər sosial eksperiment kimi yaradılan kriptovalyutalardır. Onların dəyəri əsasən bağlı olduqları fenomenin populyarlığından asılıdır.

Xəbər lenti

Xəbər lenti