Bakı. Trend:
Noyabrın 13-15-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək turnirdə Azərbaycan 14 idmançı ilə təmsil olunacaq.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi qeydiyyat siyahısına əsasən, heyətdə 10 kişi və dörd qadın cüdoçu yer alıb.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıran yarışda Azərbaycan idmançıları 10 çəki dərəcəsində mübarizə aparacaqlar.
Kişilərdən ibarət milli komandaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.
Qadınlar:
48 kq – Könül Əliyeva
52 kq – Gültac Məmmədəliyeva
70 kq – Südabə Ağayeva
+78 kq – Madina Kaisinova
Kişilər:
60 kq – Murad Muradlı
66 kq – Turan Bayramov, Nizami İmranov
73 kq – Nəriman Mirzəyev, Rüfət Şövlətov
90 kq – Murad Fətiyev, Vüqar Talıbov
100 kq – Əjdər Bağırov
+100 kq – Uşanqi Kokauri, Kənan Nəsibov
Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran-Prisində 70 ölkədən 518 idmançının iştirakı gözlənilir.
