Ağdam. Trend:
Ağdamda 8 Noyabr Zəfər Gününə həsr olunmuş futbol üzrə “Zəfər naminə” Birlik Kubokunun qalibi müəyyənləşib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, iki gün davam edən turnirdə Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb.
Yarışın final mərhələsində “Xocavənd” və “Agro-Lid MMC” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Xocavənd” komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Xocavənd” komandası turnirin qalibi olub. Qalib komandaya kubok təqdim edilib.
